DGK məlumatlandırıcı bukletlər hazırlayıb

Dövlət Gömrük Komitəsi məlumatlandırıcı bukletlər hazırlayıb. SİA xəbər verir ki, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin texnoloji innovasiyalar və statistika baş idarəsinin rəis müavini Azər Abasov deyib.

O bildirib ki, bukletlərin mətni qurumun rəsmi saytında dərc edilib və gömrük postlarında da bukletləri vətəndaşlar əldə edə biləcəklər. Bu bukletlər vasitəsilə hansı malların rüsumsuz gətirilməsi, hansılarının əvvəlcədən bəyan edilməsi göstərilir. Həmçinin dövriyyəsi məhdudlaşdırılan və qadağan olunan mallar barədə də məlumatlar yerləşdirilib. Məlumatlar rəngli şəkillərlə illüstrasiya olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...