Bu il əhalimizin sayı 61160 nəfər artıb

Azərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb. SİA-nın məlumatına görə, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Qeyd edək ki, əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əahlisi kənd sakinləridir. Məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə