Yüksək ixtisaslı əcnəbilər yerli kadr hazırlığına cəlb ediləcəklər

Azərbaycana başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanmasını tənzimləyən işlək mexanizm yaradılacaq. SİA-nın məlumatına görə, bu, 2019-cu il dövlət büdcəsinin zərfinin layihəsində öz əksini tapıb. Sənəd layihəsinə əsasən, xarici ölkələrə getmiş Azərbaycan vətəndaşları olan ixtisaslı kadrların geriyə qayıdışı stimullaşdırılacaq.

Layihəyə görə, stimullaşdırmada məqsəd həmin şəxsləri ölkənin iqtisadi inkifaşına cəlb etməkdir. Layihədə ölkə iqtisadiyyatının dinamik inkişafı nəticəsində əmək miqrasiyasının genişlənəcəyini nəzərə alaraq, əmək miqrasiyası proseslərinin idarəolunmasının təkmilləşdirilməsi nəzərdə tutulur.

Layihəyə əsasən, daxili əmək bazarının ixtisassız əcnəbi işçi qüvvəsi axınından qorunması təmin ediləcək, yüksək ixtisaslı mütəxəssislərin cəlbinə üstünlük veriləcək. Əcnəbiləri işə cəlb edən işəgötürənlər və yüksək ixtisaslı əcnəbilər yerli kadr hazırlığına cəlb ediləcəklər.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...