"Azərbaycanın sürətli inkişafı nəticəsində gənclər siyasətində mühüm yeniliklər baş verib"

Azərbaycan Gənclərinin VIII Forumunda son beş ildə görülən işlər, qarşıda duran məsələlər və perspektiv planlar müzakirə edilir. Foruma hazırlıq işlərinə uzun müddətdir başlanılıb, zona toplantıları keçirilib. Bu gün isə Azərbaycanının bütün regionunda olan gənclər Bakıda VIII Forumda iştirak edir, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparırlar.

Bu sözləri noyabrın 16-da Bakı Konqres Mərkəzində keçirilən Azərbaycan Gənclərinin VIII Forumunda iştirak edən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov AZƏRTAC-a müsahibəsində deyib.

“Sonuncu – VII Forumdan ötən müddətdə Azərbaycanın sürətli inkişafı nəticəsində gənclər siyasəti sahəsində də mühüm yeniliklər baş verib, bir sıra nailiyyətlər qazanılıb. Azərbaycanın dövlət gənclər siyasəti artıq uğurlu model kimi qəbul olunur. Düşünürəm ki, Azərbaycan Gənclərinin VIII Forumu da əvvəlki tədbirlər kimi, uğurlu nəticələrlə yadda qalacaq və növbəti illərdə əsas fəaliyyət istiqamətlərini müəyyən edəcək”, - deyə Ş.İsmayılov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə