Mirhəsən Seyidov: “Azərbaycan gəncliyi böyük uğurlara imza atıb” - ÖZƏL - AÇIQLAMA

“Azərbaycan Gənclərinin ilk Forumu Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Bu gün artıq Gənclərin VIII Forumu uğurla təşkil edilir. Gənclər Forumu bir növ ölkə gəncliyinin özünə verdiyi hesabatdır”. Bunu SİA-ya açıqlamasında “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov deyib.

O qeyd edib ki, dövlət başçımız İlham Əliyevin neft kapitalının insan kapitalına keçirilməsi aminlində əsas tutduğu faktorlardan biri də hər zaman gənclər olub. M.Seyidov vurğulayıb ki, Gənclər Forumu özündə bir çox amili ehtiva edir: “Bura Azərbaycançılıq ideologiyası, gənclərin asudə vaxtının səmərəli dəyərləndirilməsi, vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması, Azərbaycanın beynəlxalq arenada tanıtdırılması və digər amillər daxildir. Azərbaycan gəncliyi böyük uğurlara imza atıb. Gənclərimiz hər gün artaraq daha irəli istiqamətdə addımlayırlar”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə