Gənclərin VIII Forumunun iştirakçıları Fəxri xiyabanda

Azərbaycan Gənclərinin VIII Forumunun iştirakçıları noyabrın 16-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə güllər və əklil qoyublar. SİA xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Sonra tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri anılıb, məzarları üstünə gül dəstələri qoyulub.

Daha sonra Şəhidlər xiyabanına gedən forum iştirakçıları ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.

Bütün xəbərlər Facebook səhifəmizdə