Bəhruz Quliyev: "Bəzi məhkəmələr jurnalistlərə qapalıdırlar" - MÖVQE

"Azərbaycan Respublikasının Ali Məhkəməsində media təmsilçiləri ilə bu formatda görüşün keçirilməsi dövlətimiz və cəmiyyətimiz üçün çox vacibdir". SİA-nın verdiyi məlumata görə, bunu bu gün Ali Məhkəmədə media nümayəndələri ilə keçirilən görüşdə çıxışı zamanı SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev deyib.

B.Quliyev bildirib ki, məhkəmə hakimlərinin və jurnalistin peşəkarlığı əsas amil kimi götürülməlidir: "Bəzən görürsən ki, hansısa məhkəmə prosesini jurnalistlərin işıqlandırılmasına icazə verilmir və ya maneçilik törədilir. Ümumiyyətlə, mətbuatla əməkdaşlıqdan çəkinmək lazım deyil. Siz Ali Məhkəmənin sədri kimi mətbuata açıqsınız. Amma digər məhkəmə hakimləri mediaya qapalıdılar. Hesab edirəm ki, bu məsələlərə baxılmalıdır və lazımi tədbirlər görülməlidir. Jurnalistlər isə öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir və sui-istifadə hallarına yol verməməlidirlər. Mən "IV hakimiyyət" olan media ilə Ali Məhkəmənin bundan sonra da qarşılıqlı şəkildə əməkdaşlıq edəcəyinə inanıram".

Bütün xəbərlər Facebook səhifəmizdə