Astaranın Seləkəran kəndində sakinlərlə görüş keçirilib

Suparibağ kənd inzibati ərazi dairəsinə daxil olan Seləkəran kəndində rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin sakinlərlə səyyar qəbul və görüşü olub. SİA-nın məlumatına görə, İdarə və müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbul və görüşdə sakinlər onları düşündürən, narahat edən məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonda, o cümlədən Seləkəran kəndində görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verərək, görüş iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəltməklə təklif və rəylərini bildirməyə dəvət edib.

Görüşdə Aftandil Nəsirov, Zahidə Məmmədova, Həzi Əbilov, Müzəffər Əhmədov, Rahim Dünyamalıyev, İskəndər Məmmədov, Səfərəli Teymurzadə, Rövşən Cabbarov və başqaları çıxış edərək son illərdə rayonun şəhər, qəsəbə və kəndlərində görülən işləri yüksək qiymətləndirmiş, bütün bunlara görə möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib.

Sakinlər təzə məhəlləyə qaz xəttinin çəkilməsi, kənddə tibb məntəqəsinin şəraitinin yaxşılaşdırılması, kənd ara yolunun təmiri, mədəniyyət evinin damının dəyişdirilməsi və digər məsələlər barədə müvafiq köməklik göstərilməsini xahiş ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev qaldırılan məsələlərin araşdırılacağını, problemlərin aradan qaldırılması məqsədilə tədbirlərin həyata keçiriləcəyini, yerlərdə belə səmərəli və işgüzar görüşlərin çox faydalı olduğunu, qldırılan məsələlərin operativ həlli ilə insanların rahatlıq tapmasını ümumi işin xeyrinə olduğunu diqqətə çatdırıb.

Əlavə edib ki, narahatlıq doğuran ciddi məsələlər yoxdur. Bunlar artıq həllini tapıbdir. Məktəb tikintisi ilə əlaqədar onu deməliyəm ki, rayonumuzda bu istiqamətdə böyük işlər görülür. 40-a qədər yeni məktəb binası tikilib istifadəyə verilibdir. Elə bu nümayəndəliyin ərazisində də Suparibağ və Rudəkənar kəndlərində müasir tipli yeni məktəb binaları tikilib. Cənab Prezidentin apardığı məqsədyönlü siyasətlə dünya dövlətlərinin ölkəmizə qarşı rəğbəti getdikcə artır. İnanırıq ki, iqtidarla xalqın birliyindən yaranan əmin-amanlıq, sabitlik, inkişaf müstəqil Azərbaycanımızı daha uğurlu sabahlara aparacaqdır.

Qeyd edilib ki Seləkəran kəndinin sakinləri torpağa bağlı, zəhmətkeş insanlardır. Rayonda ən çox əkin aparılan ərazilərdən biri də bu kənddir. Bu cür də davam etmək lazımdır. Texnikaya olan tələbatın, ehtiyacın ödənilməsində hər cür köməklik göstəriləcəkdir.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə