“Azərbaycan tolerant və multikultural diyardır” - TƏDBİR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində 16 noyabr-Beynəlxalq Tolerantlıq Günü ilə əlaqədar “Azərbaycan tolerant və multikultural diyardır” mövzusunda maarifləndirici tədbir keçirilib. SİA-nın məlumatına görə, Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasının sədri Eyvaz Mirişov, məscidin imamları Möhübbət Əliyev, Hafiz Cəfərov, dindarlar, ziyalılar və gənclər iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında xalqımızın zəngin milli-mənəvi dəyərlərə sahib olduğunu və bu dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyətini vurğulayıb. Q.Məmmədov əsrlər boyu müxtəlif dinlərin və xalqların nümayəndələrinin ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynadığını, özlərinin dini və etnik xüsusiyyətlərini, adət-ənənələrini qoruyub saxlayaraq mədəniyyətlərini inkişaf etdirdiklərini qeyd edib. Natiq xalqımızın birgəyaşayış formasına çevrilən və mənəvi sərvətimiz olan tolerant dəyərlərimizi qorumaq, inkişaf etdirmək və paylaşmağın vacibliyi ilə bağlı fikirlərini bildirib.

QMİ-nin Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə çıxışında ölkəmizdə hökm sürən tolerant, multikultural və həmrəylik münasibətlərinin tarixi köklərinin olduğunu, dini tolerantlığın bizim həyat tərzimizi təşkil etdiyini vurğulayıb.

Lənkəran rayonu Mamusta kənd məscidinin imamı Vüsal Cəfərov və digərləri çıxışlarında İslam dininin elm, mədəniyyət dini olduğunu, həmiçinin, dünyəvi dəyərləri özündə ehtiva etdiyini diqqətə çatdırıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...