Bakıda yeni doğulan körpə öldü cinayət işi başlandı

Bakıda yeni doğulan körpə ölüb. SİA-nın məlumatına görə, hadisə paytaxtın Səbail rayonundakı 5 saylı Kliniki Doğum Evində baş verib.

Hüquq-mühafizə orqanları əməkdaşları məlumat əsasında hadisə yerinə baxış keçirib və meyit müayinə edilib.

Müayinə zamanı meyitin üzərində zorakılıq əlamətləri aşkar olunmayıb.

Uşağın ölümündə həkim məsuliyyətsizliyinin olub-olmamasını müəyyən etmək üçün faktla bağlı Səbail rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıq) maddəsilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...