Pakistanın DND Agentliyinin baş redaktoru Bakıdadır - FOTOLAR

Noyabrın 13-də Pakistanın xəbər agentliyi “Dispatch News Desk”in (DND) baş redaktoru Ağa İkrar Harun və rus redaksiyasının redaktoru Aleksandr Seneşin Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisinə baş çəkiblər. SİA-nın verdiyi məlumata görə, görüş BAMF-ın prezidenti və Eurasia Diary-nin təsisçisi Umud Mirzəyevin iştirakı ilə keçirilib. Eurasia Diary Eurasia Media Network-in təşəbbüsü ilə yaradılıb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın informasiya sahəsində davam etdiriləcəyi qeyd olunub. Bundan əlavə, hər iki tərəf qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək istəyini dilə gətirdilər.

DND Rus, İngilis və Urdu dillərində xəbərlərin yayımında ixtisaslaşan Pakistan İnformasiya və Rabitə Nazirliyi tərəfindən akkreditə olunmuş və sertifikatlaşdırılmış beynəlxalq xəbər agentliyidir. Həmçinin, bu İnformasiya Agentliyi Pakistanın İnformasiya Yayımı və Mədəni İrsi Nazirliyində qeydiyyata alınmışdır.

Cənab Harun iki dövlət arasında əməkdaşlığın əhəmiyyətini müzakirə edib. O, DND-nin hədəf auditoriyasının bir milyard yarım əhalisi olan Mərkəzi və Cənubi Asiya olduğunu qeyd edib. Bu baxımdan Pakistanın Azərbaycanla tərəfdaşlığı çox vacibdir.

Görüşdə Azərbaycan xəbərlərinin Pakistan kütləvi informasiya vasitələrində dərc edilməsi və əksinə, Azərbaycanın informasiya agentliklərində Pakistanda baş verən hadisələrin dərc edilməsi müzakirə edilib.

Umud Mirzəyev qonaqlara BAMF-ın missiyası barədə məlumat verib. Onlar fikir mübadiləsi aparıb və bir sıra konkret məsələləri razılaşdırıblar. Görüşün sonunda xatirə şəkli çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə