Ekologiya və Təbii Sərvətlər Nazirliyində görüş keçirilib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari və İtalya şirkətlərinin nümayəndələri ilə ETSN-nin məsul şəxsləri, “Təmiz Şəhər” ASC-nin və SOCAR-ın nümayəndələri arasında görüş keçirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı tullantıların idarə olunması, su hövzələrinin, torpaqların müxtəlif növ çirklənmədən təmizlənməsi və digər ekoloji dost texnologiyalar sahəsində ixtisaslaşmış şirkətlərlə mümkün birgə fəaliyyətlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə