Hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərin görüşü keçirilib

Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında imzalanan plana əsasən noyabrın 14-də hər iki ölkənin hərbi-mülki əməkdaşlıq (CIMIC) üzrə ekspertlərinin görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev hərbi-mülki əməkdaşlıq sahəsində Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər barədə qonaqlara ətraflı məlumat verib.

Mövzu ilə bağlı brifinqlər təqdim olunub, hərbi-mülki əməkdaşlıq sahəsində mövcud olan qabaqcıl təcrübənin öyrənilməsi məsələləri müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə