Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 35-ci ildönümü qeyd edilib

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) elan olunmasının 35-ci ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə dövlət rəsmiləri, Milli Məclis üzvləri, diplomatlar, siyasi partiya rəhbərləri, sənət adamları, çoxsaylı media nümayəndələri iştirak edib.

Dövlət himnlərinin canlı oxunmasından sonra çıxış edən KKTC-nin Bakıdakı nümayəndəliyinin başçısı xanım Ufuk Arca Turganer çıxış edib. Nümayəndəliyin rəhbəri Şimali Kiprin tarixindən, cümhuriyyətin elan olunmasına gedən yoldan danışıb: “Şimali kiprlilər hər zaman dilinə, dininə, millətinə, vətəninə, bayrağına sahib çıxıb və çıxmağa davam edəcək. Bu duyğu və düşüncələrlə başda ulu öndərimiz Mustafa Kamal Atatürk olmaqla azadlıq mücadiləsini vermiş doktor Fazıl Küçük, cümhurbaşqanımız Rauf Denktaşı və qəhrəman mücahidlərimizi, vətən torpağı uğrunda canlarını fəda edən əziz şəhidlərimizi, 15 iyul şəhidlərimizi rəhmətlə anırıq və əziz xatirələri önündə sayğı ilə baş əyirəm”.

Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan adından Şimali Kipr Türk Cümhuriyyətinin yaranmasının 35 illiyi münasibətilə təbriklərini çatdırıb.

Ə.Amaşov Quzey Kiprin təhsil və səhiyyə sisteminin dünyanın ən ön səviyyələrə qalxdığını vurğulayıb.

Tədbir daha sonra ziyafətlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə