Yeni doğulan uşaqların sayı azalıb

"Yeni doğulan uşaqlara verilən birdəfəlik müavinət artırılmalıdır". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli parlamentin plenar iclasında deyib.

Komitə sədri bildirib ki, 2011-ci ildə ölkədə 176 mindən artıq uşaq doğulubsa, 2017-ci ildə bu rəqəm 144 min 41-ə enib: "Bu ilin ilk 9 ayının göstəricisi 103 min olub. Bu bölümə maliyyə vəsaitinin artmaması bizi narahat edir".

Problemin həlli məqsədi ilə H.Rəcəbli 2019-cu ilin büdcəsində doğuma görə birdəfəlik müavinətin artırılmasını xahiş etdi.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə