"Uşaqların sağlam böyüməsini təmin etməliyik ki, gələcəkdə DSMF-dən asılı olmasınlar"

“Daha qlobal problemlərin həlli ilə bağlı məsələrə daha çox diqqət ayırmalıyıq. Misal üçün uşaq pulu, şəhidlərin “qan pulu”, tıxac, mənzil dələduzluğu, sayğaclarda limit saxtakarlığı, sökülən evlər və obyektlərlə bağlı konpensasiyaların ödənilməsi ilə bağlı yaradığı problemlərin həlli yolları tapılmalıdır”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı çıxış edərkən deyib.

O bildirib ki, Azərbaycanın son illərdə iqtisadi inkişafı bu nəticələri ortaya qoyur ki, bizim valyuta ehtiyatlarımızı 46 milyard dollardan yuxarıdır: “Biz bu vəsaitlərin doğru xəcrlənməsiniin yollarını tapa bilsək, israfçılığa yol verməsək, hesab edirəm ki, problemləri həll etmiş olarıq. Biz ölkəmizdəki uşaqların sağlam böyüməsini təmin etməliyik. Başqa ölkələrdə artımın az və ya çox olmasının bizə aiddiyyatı olmamamlıdır. Biz ölkəmizdə olan uşaqların sağlam böyüməsini ona görə təmin etməliyik ki, gələcəkdə DSMF-dən asılı olmasın. İndidən uşaqların sağlamlığına diqqət yetirməli, ərzaq və qida məsələlərini həll etməliyik. Əgər buna hökumət vəsait tapmırsa, bunu natural yolla da həll etmək olar”.

F.Mustafa söyləyib ki, doğulan uşaqların birbaşa dövlət büdcəsindən vəsait alanların 63 faiz ailədə nə atanın, nə də ananın rəsmi gəliri yoxdur: “Belə olan halda, bunun sıxıntısını uşaq çəkə bilməz. Eyni qaydada da şəhidlərin pulu ilə bağlı son vaxtlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi çox gərgin və müsbət addımlar atır”.

Çıxışı zamanı Bakı metrosunda baş verən problemlərə toxunan deputat söyləyib ki, tez-tez Azərbaycanda metroda sıxıntı çəkən insanlar havalanma problemindən əziyyət çəkirlər: “Problemin həllini 1 milyon insan metroda havasızlıqdan boğulandan sonra həll edəcəklər? Bu nəqliyyat növü varsa, həllini də tapmalıdır. Biz-tez-tez tıxac problemindən də danışırıq. Avtobuslar, avtomobillər çox olduğuna görə, küçələrdə hərəkət etmək mümkün deyil. Deputatlar, hökumət üzvləri tıxaclardan şikayətlənirlər. Azərbaycanda isə metro tikintisinə maliyyə ayrılmır. Neçə ildir ki, Papanində yol metro tikintisinə görə bağlanıb və növbəti metro stansiyasının 2020-ci ildə hazır olacağını bildirirlər. Metrodan başqa yol yoxdur. Bakıxanovdan əhali artıq illərdir ki, şəhərə gəlmək üçün 3 nəqliyyat vasitəsindən istifadə edir. Bu məsələlər öz həllini tapmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə