"Büdcədən dövlət sığınacaqlarının tikilməsinə vəsait ayrılmalıdır"

“Güzəştli ipotekanının təkcə dövlət quluqçularına deyil, həm də müəllimlərə, həkimlərə, mədəniyyət, incəsənət xadimlərinə, yaradıcılıqla məşğul olan şəxslərə şamil edilməlidir”. SİA-nın xəbərinə görə, bunu Milli Məclisin deputatı Jalə Əliyeva parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Deputat qeyd edib ki, internat məktəblərində böyüyən gənclərin ev və işlə təmin olunması, ailə münaqişəsi nəticəsində küçələrdə qalan uşaq və qadınlar üçün dövlət sığınacaqların tikilməsi, icbari tibbi sığorta üçün əlavə vəsaitin ayrılması məqsədəuyğundur: “Mədəniyyət bir ölkənin pasortudur. Çünki mədəniyyət bir çox sahələri özündə birləşdirir.Əlbəttə mədəniyyətə daha çox diqqətb ayrılmalıdır. Büdcədən kino yaradıcılığına ayrılan vəsait yetərli deyil. Kino sahəsinə daha çox dfiqqət ayrılmalıdır. İstər bəddi, istərsə də sənədli filmlər olsuin illər keçdikcə ölkəmizi tanıdan bir vasitəyə çevrilir. Ölkənin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirir. Dünya səviyyəli filmlərin çəkilməsi üçün büdcədən daha sanbalı vəsaitin ayrılmasına ehtiyac var”.

J.Əliyeva vurğulayıb ki, bütün məsələlərin həllini sadəcə dövlətdən gözləmək olmaz: “İş adamları və özəl şirkətlər bu məsələdə aktiv olmalıdır. Mədəniyyət nazirimiz komitə iclaslarında mədəniyyət sahəsindən sponsorluq məsələsinə toxunub. Düşünürəm ki, onlar mədəniyyət sahəsində deyil bütün sahələrin fəaliyyətində sponsorluqda aktiv olmalıdırlar. Çünki dövlət özəl sektora kifayyət qədər gözəl şərait yaradır. Özəl müəssisələrdə bu məsələlərdə dövlətə yardımçı olmalıdır”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə