8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb

“Hər ailə ağac əksin” devizi altında Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan aksiya 12 noyabr 2018-ci il tarixində Binəqədi rayonu və Mehdiabad, Zığ, Qala qəsəbələrində davam etdirilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, ağac əkilməsinin təşviqi kampaniyasında vətəndaşlara ümumilikdə 8000-ə yaxın müxtəlif cinsli meyvə və həmişəyaşıl ağac tingləri paylanılıb.

Xatırladaq ki, 09 noyabr 2018-ci il tarixində Xırdalan şəhəri və Saray, Ramana, Hövsan qəsəbələrində “Hər ailə ağac əksin” devizi altında keçirilən aksiyada vətəndaşlara 6000-ə yaxın müxtəlif cinsli ağac tingi paylanılmışdı.
17 noyabr 2018-ci il tarixində kampaniya daha kütləvi xarakter alaraq məktəblərdə “Bir şagird bir ağac əksin və qorusun” devizi altında davam etdiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə