Akif Əlizadə TELLMAN show-ya müsahibə verib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə TellMann tok-şouya video-müsahibə verib. Akif Əlizadə müsahibədə öz həyat və fəaliyyəti, “AMEA Yüksək Texnologiyalar Parkı” ASC-nin uğurları, Milli Elmlər Akademiyasının yeni nəsil alimlərinin hazırlanmasında və inkişafındakı fəal rolu, AMEA çərçivəsində aparılan gender siyasəti, Xəzərdə həyata keçirilən böyük elmi-tədqiqat layihələri və ölkə ərazisində yeni nəsil muzeylərin yaradılması barədə danışıb.

A.Əlizadə dərsliklərə, ümumilikdə orta və ali təhsil müəssisələrində tədris proqramına münasibətini bildirib, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə planlarından bəhs edib. Video-müsahibənin www.TELLMANN.show linki vasitəsilə izləyə bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə