Zamirə Hacıyeva zaminə buraxılıb

Bir neçə gün öncə Londonda həbs edilən, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva zaminə buraxlıb. SİA-nın "usnews.com" xəbər saytına istinadən bildirir ki, o, məhkəmənin qərarı ilə müəyyən ödəniş müqabilində zaminə buraxılıb.

Qeyd edək ki, noyabrın 6-da Z.Hacıyevanın Londonda həbs edilməsi barədə xəbər yayılmışdı.

55 yaşlı Z.Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri Hacıyevanın "fırıldaqçı" olmadığını deyir.

O, Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunmuşdu. Bu sərəncama əsasən Z.Hacıyeva var-dövlətinin hansı mənbədən əldə etdiyini açıqlamalıdır.

Qeyd edək ki, UWO Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...