Sabah “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri işləməyəcək

9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri bir gün işləməyəcək. Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, vətəndaşlar noyabrın 10-dan mərkəzlərə müraciət etməklə müvafiq xidmətlərdən yararlana bilərlər.

Qeyd edək ki, hazırda ölkədə 15 “ASAN xidmət” mərkəzi mövcuddur. Onlardan 5-i paytaxtda olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli və Şəkidədir.

Həmçinin Bakı şəhərində əhaliyə kommunal sahədə xidmətlər göstərən 2 “ASAN Kommunal” mərkəzi fəaliyyətdədir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə