"2019-cu ildə əmək haqları və pensiya artacaq"

“Cari ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması qərarı verilib. Bu qərarın maliyyə təminatının növbəti ildə də yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur. Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”. SİA-nın xəbərinə görə, bunu maliyə naziri Samir Şərifov parlamentdə komitələrin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı çıxış edərkən deyib.

O bildirib ki, eyni zamanda pensiya təminatı sahəsində, əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.

Nazir qeyd edib ki, orta məktəblərdə gündəlik ərzaq xərclərinə ayrılan vəsaitin həcminin artırılması nəzərdə tutulub: “Səhiyyə sahəsində ayrılan xərclər də ciddi şəkildə artıb. Bu daha çox tibbi sığorta ilə bağlıdır. Bu prosesə 2020-ci ildə başlanılacaq”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə