ETSN-nin mətbuat katibi: “Balıq ehtiyatlarının tükənmə təhlükəsi var”

"Ölkəmizdə digər ekoloji problemlərlə yanaşı, balıq ehtiyatlarının tükənmə təhlükəsi var". SİA-nın verdiyi xəbərə görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib.

Onun sözlərinə görə, nəsli kəsilməkdə olan balıqların artımına nail olmaq üçün su hövzələrində sivil və müasir fermalar yaradılmalıdır: "Bu gün ən vacib və ən aktual məsələ Xəzər dənizindəki balıq növlərinin, xüsusən də nəsli kəsilməkdə olan nərə cinsli balıqların azalmasının qarşısını almaq və artımına nail olmaqdır. Bunun üçün əsas çıxış yollarından biri də bütün dünyada olduğu kimi, ölkəmizdə də təbii və süni su hövzələrində müasir fermaların yaradılmasıdır. Bu cür balıqçılıq fermalarının yaradılması əhalinin qida zəncirində balıq məhsullarının yer almasına, qiymətin ucuzlaşmasına, həm də regionlarda iş yerlərinin açılmasına səbəb olar".

Bütün xəbərlər Facebook səhifəmizdə