Sürüşmə zonasında gərginlik qalmaqdadır

Sürüşmə zonasında saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə gərginlik qalmaqdadır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan SİA-ya verilən məlumata görə, sürüşmənin yuxarı hissəsində xırda uçqun prosesləri davam edir. Sürüşmənin sağ və sol hissəsində olan çatlarda nisbi artım qeydə alınıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə