Vətəndaş qəbulunun vaxtı dəyişib

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən oktyabrın 26-da Cəlilabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildiriblər ki, qəbulun vaxtı barədə əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə