Suyun verilməsində məhdudiyyətlər olacaq

Bakının bəzi qəsəbələrinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. “Azərsu” ASC-nin mətbuat xidmətindən SİA-ya bildirilib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar oktyabrın 24-də səhər saatlarına qədər Bakı şəhəri Səbail rayonu Bibiheybət və Şıxov qəsəbələrinə, 20-ci sahə və Bayıl qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bütün xəbərlər Facebook səhifəmizdə