Müdafiə sənayesi sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı müzakirə olunub

Azərbaycan Respublikasının müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyinin dəvəti ilə Moskvada səfərdədir. Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, səfər çərçivəsində Yəhya Musayevin Rusiyanın sənaye və ticarət nazirinin müavini Oleq Ryazantsev ilə görüşü olub.

Görüşdə iki ölkənin müdafiə sənayesi üzrə fəaliyyət göstərən qurumları arasında mövcud əməkdaşlıq əlaqələrindən məmnunluq ifadə olunub. Eyni zamanda, əməkdaşlığın genişləndirilməsinə dair hər iki tərəfin niyyəti ifadə olunub və geniş fikir mübadiləsi aparılaraq prioritet istiqamətlər üzrə razılıq əldə edilib.

Yəhya Musayev dəvətə və səfərin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...