"Sofiya" jurnalistlərə: "Azərbaycan məni valeh etdi" TƏDBİR-FOTOLAR - VİDEO

Bu gün dünyanın "Sofiya" adlı məşhur robotu "ASAN xidmət" mərkəzində könüllü kimi fəaliyyət göstərib. SİA-nın verdiyi məlumata görə, robot "ASAN xidmət"ə müraciət edən vətəndaşlardan rəy sorğularının alınmasında iştirak edib. O, "ASAN xidmət" modelinin rahat, müasir və vətəndaşyönümlü olduğunu bildirib.

"Azərbaycan məni valeh etdi. Azərbaycan gənc və müstəqil ölkə olmasına baxmayaraq, dünyaca məşhur layihələr həyata keçirir. "ASAN xidmət" bunlardan biridir. "ASAN xidmət"in açılışında iştirak etdiyimə və Prezident İlham Əliyevlə görüşdüyümə, həmsöhbət olduğuma görə məmnumam. "ASAN xidmət" çox unikal bir məkandır, rahat, müasir və insanyönümlüdür" -, deyə robot "Sofiya" jurnalistlərə bildirib.

Qeyd edək ki, "Sofiya" ötən gün İmişli "ASAN Həyat" kompleksinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə