"Uşaqların zərərli dini cərəyanlardan qorunması aktual məsələdir"

"Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi Yevlax şəhərində 4 aylıq layihənin yekun seminarını təşkil edib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili" adlı seminarda, adət-ənənələrimizə yad olan dini təriqətlərin təsiri altına düşən vətəndaşların sayının artması, onlar tərəfindən qanunsuz dini təbliğatın aparılması, gənclərin zərərli dini cərəyanlara cəlb edilməsindən, ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılıb.

Təşkilatın sədri Lamiyə İsazadə qeyd edib ki, bu gün qeyri-ənənəvi radikal dini təriqətlərə meyl göstərən, kənar təsirlərə uyaraq ölkəni tərk edən, müxtəlif qanunsuz silahlı birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak edən gənclərimizin sayı artmaqdadır. Bunun qarşısını almaq üçün övladlarımıza qarşı daha diqqətli olmalı, onları daha çox qorumalıyıq. Təşkilat sədri cənab Prezidentimiz İlham Əliyevin və Azərbaycanın l vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara diqqət və qayğısından da söhbət açıb.

Seminarda Dini Qurumlar üzrə Dövlət Komitəsinin Yevlax şöbəsinin məsləhətçisi Vüsal Hüseynli, Yevlax şəhər Cümə Məscidinin İmamı Nəsib Xəlilov çıxış edərək, valideynləri və uşaqları bu mövzuda geniş maarifləndiriblər. Gənclər və İdman idarəsinin baş məsləhətçisi Etibar Məmmədov çıxış edərək təşkilat rəhbərinə və layihəyə donorluq edən AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, bu cür aktual mövzu haqqında Yevlax şəhərində seminar təşkil etdikləri üçün təşəkkür edib, minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə