Nəcməddin Sadıkov İsrailə getdi

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb. Bu barədə SİA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin müdafiə naziri, Baş Qərargah rəisi və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...