“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumundan yaxşı nəticələr gözləyirik

“Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumunda iştirak edən Rusiya Federasiyası Həştərxan vilayətinin beynəlxalq və xarici-iqtisadi əlaqələr naziri Denis Afanasyev jurnalistlərə müsahibəsində deyib: “Həştərxan-Azərbaycan: Qadın Sahibkarlığı” Forumu çox əlamətdar və gözəl tədbirdir. Bu forum təkcə forma deyil, həm də məzmun etibarilə bu günün tələblərinə uyğundur”. SİA xəbər verir ki, nazir Forumun məqsədinin Azərbaycan və Həştərxan vilayətinin biznes dairələrini yaxınlaşdırmaq olduğunu qeyd edib.

“Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılması da bu məqsədə xidmət edəcək. Həştərxandakı İşgüzar Qadınlar Assosiasiyası və Azərbaycanın qadın sahibkarları artıq Bakıda görüş keçiriblər. Qadın sahibkarlar biznes birliyinin ən fəal hissəsidir. Həştərxanda da Forumdan yaxşı nəticələr, ilk növbədə, gələcək əməkdaşlığa və əmtəə dövriyyəsinin artmasına, habelə işgüzar əlaqələrin möhkəmlənməsinə kömək edəcək biznes əlaqələrinin qurulmasını gözləyirik. Tezliklə Bakı ilə Həştərxan arasında aviareysin açılacağına çox ümid edirik. Hamımızın buna ehtiyacı var”, -deyə D.Afanasyev sözlərinə yekun vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə