"Star"ın açılışı xarici mediada

İƏT-ə üzv dövlətlərin Xəbər Agentlikləri Birliyinin (UNA) internet səhifəsində "Star" neft emalı zavodunun açılış mərasimi barədə məlumat dərc olunub. SİA xəbər verir ki, məqalədə zavodun açılış mərasimində iştirak edən Prezidenti İlham Əliyevin çıxışından sitatlar gətirilərək, Türkiyənin dünya miqyasında söz sahibi olduğu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində ölkənin dünya miqyasında böyük gücə çevrildiyi, Türkiyənin mövqeyinin bir çox hallarda həlledici rol oynadığı vurğulanır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar gətirən müəllif qeyd edir ki, "Star" neft emalı zavodu Azərbaycan və Türkiyə arasında qardaşlıq əlaqələrinin strateji miqyasını daha da gücləndirir. İki qardaş ölkənin siyasi liderliyi ilə həyata keçirilən hər bir layihə ölkələrin regional gücə çevrilmək qabiliyyətini daha da artırır. Zavodun Türkiyənin ən böyük enerji layihəsi olduğunu deyən Rəcəb Tayyib Ərdoğan bu baxımdan hər il neft məhsulları idxalında 1,5 milyard dollar məbləğində qənaət ediləcəyini, neft məhsullarının idxalatdan asılılığının azalmasına nail olunacağını vurğulayır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...