Bu ilin doqquz ayında ölkənin toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 246,3 milyon manat dəyərində məhsul istehsal edilib. Dövlət Statistika Komitəsindən SİA-ya bildiriblər ki, əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə toxuculuq sənayesində 53,3 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında 42,7 faiz, geyim istehsalında isə 1,6 faiz artım müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə