Məcburi köçkün məktəblilərə dərs ləvazimatları paylanılıb FOTOLAR

Şəki şəhərində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ərazi üzrə nümayəndəliyi və Gənclər və İdman idarəsinin təşəbbüsü ilə Yeni Çələbixan köçkünlər qəsəbəsində yerləşən Xocalı rayon 3 saylı, Ağdam rayon 29 saylı, Laçın rayon M.Süleymanov adına tam orta məktəblərdə tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, bildirilib ki, ölkəmizdə təhsilin inkişafı etdirilməsi həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindəndir. Yeni məktəb binalarının tikilib istifadəyə verilməsi, onların müasir avadanlıqlarla təchiz edilməsi təhsilin keyfiyyətinin artırılmasına xidmət edir.

Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini, o cümlədən təhsil məsələlərini daim diqqətdə saxlayır. Məcburi köçkünlər üçün salınmış yeni qəsəbələrdə müasir tələblərə cavab verən, bütün zəruri avadanlılqlarla təchiz edilmiş məktəb və bağçalar inşa edilərək istifadəyə verilir. Ali məktəblərə ödənişli əsaslarla qəbul olunan məcburi köçkünlərin təhsil haqqı dövlət tərəfindən təmin olunur. Birinci vitse-prezident xanım Mehriban Əliyeva hər zaman məcburi köçkünlərin təhsil problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşır.

Tədbir zaman ibtidai sinif şagirdlərinə dərs ləvazimatları paylanılıb. Bu cür aksiyaların davam etdirilməsi nəzərdə tutulub

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə