Taksilər pulsuz Wi-Fi-la təchiz olunacaq

Dubay şəhər taksilərində sakinlər və eləcə də ölkəyə gələn bütün turistlər üçün internetə pulsuz çıxış imkanını təmin edəcək. SİA-nın xəbərinə görə, 10 800 taksidə tətbiq Wi-Fi-la bağlı şirkət ilk növbədə internet təlabatı ilə bağlı test keçirəcək.

Şirkət rəsmisi açıqlamasında bildirib ki, ilk növbədə müxtəlif insanların bu xidmətdən necə istifadə edəcəyini öyrənmək lazımdır. Aparılan qiymətləndirmələrə görə, gün ərzində taksi xidmətinən istifadə edəcək turist və biznesmenlər hava limanından gedəcəkləri mənzilə qədər öz elektron poçt və digər iş xidmətlərindən istifadə edəcəyi istisna edilmir.

Dubayda taksilərində internetin olması turistlər üçün yenilik deyil. Belə ki, ilk dəfə olaraq 2016-cı ildə hava limanında çalışan 500 taksi Wi-Fi-la təchiz olunmuşdu. Ötən il bu xidmət 700 şəhər avtomobilində sınaq olaraq mövcud olub.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə