Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxs saxlanılıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin əməkdaşları Xəzər dənizinin Kiçik Qızılağac körfəzində icazəsiz balıq ovlayan şəxsi saxlayıblar.

Nazirliyin mətbuat xidmətindən SİA-ya bildirilib ki, araşdırma zamanı brakonyerin Lənkəran rayon sakini Vidadi İbadov olduğu müəyyənləşib. Ondan ovladığı balıqlar, ov alətləri və taxta qayıq götürülüb. Balıq ehtiyatına vurulan ziyan hesablanaraq brakonyer barəsində 429 manat məbləğində iddia qaldırılıb.

Dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...