Çökən yol şirkət tərəfindən bərpa olunur

Ötən gün paytaxtın Səməd Vurğun küçəsində yolun çökən hissəsinin bərpasına artıq başlanılıb. SİA-nın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, bərpa işləri ötən gecədən başlayıb: “Hazırda hadisə yerində işlər gedir. Bərpa işləri tikinti şirkəti tərəfindən aparılır. Çökən yerə yeni topraq qatı gətirilib, boş olan yerlər doldurulur. Yol düzəldikdən sora piyada səkilərinin bərpası istiqamətində addımlar atılacaq".

A.Nəcəfli qeyd edib ki, qəza yerində çox ciddi problem olmadığından işlər yekunlaşdıqdan sonra binanın tikintisi davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə