Polşada Azərbaycanlılar üçün "qaynar xətt" yaradıldı

Polşada Azərbaycanlı Gənclər Şurası tərəfindən Polşada yaşayan və yeni gələn həmyerlilərimiz üçün "qaynar xəttⅦ" yaradılıb. SİA-nın məlumatına görə, Şuranın sədri Nail Əhməd bildirib ki, qaynar xətdə əsasən hüquqi yardımla bağlı daxil olan zənglərin operator tərəfindən cavablandırılması nəzərdə tutulur. Onun sözlərinə görə, qaynar xətt +48 576 164 876 nömrəsində işləyəcək və zənglər operativ cavablandırılacaq.

Nail Əhməd bildirib ki, qaynar xətt Azərbaycan, Rus, İngilis,Türk və Polyak dillərində soydaşlarımızın xidmətində olacaq. O, qeyd edib ki, burada məqsəd həmyerlilərimizin sosial problemlərinə dəstək olmaqdır: "Cünki biz tez-tez hemyerlilərimizin oturum izni ilə bağlı eyni zamanda hüquq mühafizə orqanları ilə problemlərinin olduğunu nəzərə alaraq belə bir addım atmağa qərara gəldik. Əgər bu addım istədiyimiz effekti verərsə novbəti ildən vətəndaşlarımız üçün ödənişsiz hüquq məsləhətxanası açmağı düşünürük".

Bütün xəbərlər Facebook səhifəmizdə