Bakının mərkəzində yol çökdü

Bakıda yolda çökmə hadisəsi baş verib. SİA-nın məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, hadisə paytaxtın Səməd Vurğun küçəsində baş verib: "Həmin yolun kənarında tikinti şirkəti hündürmərtəbəli bina tikir. Bina tikintisi zamanı istinad svayları vurulmayıb. Nəticədə yolun kənarında 3 metr enində, 60 metr uzunluğunda yer çöküb. Ərazidə hərəkət dayanmayıb. Hazırda dəymiş ziyan öyrənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə