7 əcnəbi vətəndaş saxta sənədlərlə yaxalandı

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində tədbirlər davam etdirilir. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən SİA-ya verilən məlumata görə, DSX əməkdaşlarının sayıqlığı və peşəkarlığı sayəsində son günlərdə 7 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan Respublikasının dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

07 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə uçub gələn Banqladeş vətəndaşı 1998-ci il təvəllüdlü Ahmed Mohammad Masumun və 1999-cu il təvəllüdlü Moksu Mohammad Muminoor Rohmanın sərhəd naryadına təqdim etdikləri Hindistan pasportlarının qismən saxtalaşdırılması şübhə yaranmış və la-boratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı təsdiqini tapıb.

08 oktyabr tarixində “Şıxlı” dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycan Respublikasından Gürcüstana gedən Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Ashraf Muhammadın və 2003-cü il təvəllüdlü Ahmed Bilalın sərhəd naryadına təqdim etdikləri pasportlara vurulmuş Yunanıstan vizası, həmçinin Ashraf Muhammadın pasportunda Danimarkaya məxsus şengen vizası saxta olduğu üçün saxlanılıblar.

09 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-İstanbul reysi ilə uçub gedən Hindistan vətəndaşı 1998-ci il təvəllüdlü Gurpreet Singhnın sərhəd naryadına təqdim etdiyi pasporta vurulmuş Kanadaya məxsus vizanın saxta olması aşkar olunub.

09 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Tehran-Bakı-London reysi ilə tranzit uçmaq istəyən İran vətəndaşı 1990-cı il təvəllüdlü Abedi İmanın sərhəd naryadına təqdim etdiyi İtaliya pasportu, İtaliyanın İD kartı və sürücülük vəsiqəsi saxta olduğu üçün saxlanılıb.

14 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Şarja-Bakı reysi ilə gələn İtaliya vətəndaşı 1961-ci il təvəllüdlü Mshainesh Ahmadın sərhəd naryadına təqdim etdiyi pasportun saxta olması müəyyənləşdirilmiş, üzərinə baxış keçirilən zaman ona məxsus Suriyaya aid vətəndaşlığı olmayan şəxsin pasportu aşkar olunub.

Saxlanılmış şəxslər barəsində müvafiq tədbirlər görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə