Bibiheybət yolunda daha bir sürüşmə

Bakıda daha bir ərazidə sürüşmə prosesi baş verib. SİA-nın verdiyi xəbərə görə, Bibiheybət yolunda (Bibiheybət məscidinin yaxınlığı) qeydə alınan sürüşmə zamanı istinad divarının bir hissəsi uçub.

Hazırda ərazidə təmizləmə işləri aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə