ASAN Radioda “DOST məsləhəti” adlı verilişi yayımlanacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ASAN Radio birgə yeni layihəyə start verir. İki qurumun əməkdaşlığı çərçivəsində 100 FM-də “DOST məsləhəti” verilişi efirdə olacaq.

ƏƏSMN-in SİA-ya verilən məlumata görə, verilişin adının “DOST məsləhəti” seçilməsi təsadüfi deyil. Prezident cənab İlham Əliyevin Fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və mərkəzləri yaradılır. Məqsəd verilişdə bu mərkəzlərin fəaliyyəti barədə əhalinin, xüsusilə həssas qrupların maarifləndirilməsidir.

ASAN Radionun efirində yayımlanacaq “DOST məsləhəti”ndə

- Prezident cənab İlham Əliyevin əmək və sosial müdafiə sahəsi ilə bağlı fərman və sərəncamlarından irəli gələn məsələlər,

- Əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar;

- Şəhid hərbi qulluqçuların ailələrinə birdəfəlik ödəmələrin verilməsi qaydaları;

- Sosial təminat növləri, onların təyini və ödənilməsi qaydaları;

- Dövlət məşğulluq xidmətləri, aktiv əmək bazarı proqramları, kiçik ailə biznesinin qurulmasında özünüməşğulluq proqramının açdığı imkanlar;

- Əmək hüquqları, bu hüquqların müdafiəsi yönündə aparılan işlər;

- Sığorta-pensiya sistemi, pensiya təminatı sahəsində aparılan islahatlar;

- Sosial xidmətlər və onların əhatə etdiyi kateqoriyalar və s. barədə söhbət açılacaq.

Verilişdə dinləyici sualları da cavablandırılacaq. (Şəhər telefonlarından 012-56-56-100, WhatsApp 070-65-56-100).

“DOST məsləhəti” verilişini hər həftənin bazar ertəsi saat 19:05-də ASAN Radioda dinləyə bilərsiniz. Verilişin aparıcısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovdur. Verilişin ilk buraxılışı oktyabrın 22-si saat 19:05-də efirdə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə