"Azərbaycanda ölkə rəhbərliyi tərəfindən veteranlar üçün hər cür şərait yaradılıb"

"Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 30 illik yubileyi münasibətilə bütün veteranları ürəkdən təbrik edirəm. Bu gün təkcə Azərbaycan üçün deyil, bütün postsovet ölkələri üçün əlamətdardır."

AZƏRTAC xəbər verir ki, bunu Müstəqil Dövlətlərin Veteran İctimai Təşkilatları Beynəlxalq İttifaqının sədr müavini Vladimir Tkaçenko jurnalistlərə açıqlamasında bildirib.

V.Tkaçenko bildirib ki, bu gün veteranların üzərinə böyük məsuliyyət düşür. Onlar yaşadıqları tarixi və keçdikləri döyüş yolu haqqında gənc nəslə məlumat verməlidirlər.

“Azərbaycanda veteranlara göstərilən diqqət və qayğı siyasəti MDB-nin digər ölkələrində də həyata keçirilməlidir. Azərbaycanda ölkə rəhbərliyi tərəfindən İkinci Dünya müharibəsi veteranlarına hər cür şərait yaradılıb. Ölkənizdə veteranlara göstərilən bu diqqət və qayğıdan mənzərədən çox məmnun oldum”, - deyə V.Tkaçenko vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə