"Azərbaycanda veteranlara göstərilən diqqət MDB və türkdilli ölkələr üçün nümunə olmalıdır"

Azərbaycan Respublika Veteranlar Təşkilatının yaradılmasının 30 illik yubileyi münasibətilə veteran həmkarlarımızı təbrik edirəm. Bu gün möhtəşəm yubiley tədbirinin təşkili və veteranların ümumi vəziyyəti Azərbaycan Prezidenti İlham Əliyevin yaşlı nəslə yüksək diqqət və qayğı göstərməsindən xəbər verir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Qazaxıstan Veteranlar İctimai Birliyinin sədr müavini, ehtiyatda olan general Aytkali İsenqulov oktyabrın 16-da jurnalistlərə müsahibəsində deyib.

A.İsenqulov bildirib ki, Azərbaycanda dövlət səviyyəsində veteranlara göstərilən diqqət bütün MDB və türk dilli ölkələr üçün gözəl nümunə olmalıdır. Hər kəs görməlidir ki, Azərbaycan xalqı və dövləti qəhrəmanlarına, yaşlı nəslə necə dəyər verir. Bu, ondan xəbər verir ki, Azərbaycan xalqı öz keçmişini, tarixini çox sevir və bilir. Bu səbəbdən Azərbaycan xalqını böyük inkişaf yolu gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə