Bakı Şəhər İcra Hakimiyyətində yeni TƏYİNAT

Bakı Şəhər İcra Hakimiyyətində yeni təyinat olub. SİA-nın məlumatına görə, Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Eldar Əzizovun imzaladığı əmrə əsasən meriyanın Mətbuat xidmətinin işini fəallaşdırmaq, xidmətin tərkibini bilikli və bacarıqlı gənclərlə gücləndirmək məqsədilə Əliyeva Ayna Bəxtiyar qızı Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat xidmətinə işə qəbul olunub.

Qeyd edək ki, Ayna Əliyeva bu təyinata qədər Heydər Əliyev Mərkəzində mütəxəssis kimi çalışıb. (trend)

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...