Çaylarda mövcud vəziyyət açıqlanıb

Respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyət açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən xəbərə görə, ötən günlər ərzində yağan yağış nəticəsində Respublikanın bəzi çaylarında, xüsusən də, Lənkəran-Astara bölgəsi çaylarında sululuğun artımı müşahidə olunub. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 30-80, Lənkəran-Astara çaylarında 50-70, Naxçıvan MR Naxçıvançay çayında 5 faizini təşkil edir.

Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 167 m3/s olmaqla ongünlük normanın 99 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 65 m3/s olmaqla, ongünlük normanın 61 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 101 m3/s təşkil edərək ongünlük normanın 94 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6, Salyanda 2, Araz çayının Novruzlu məntəqəsində 7 sm artım qeydə alınıb, lakin Şirvanda 2, Bankədə isə suyun səviyyəsində 1 sm azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 336 sm (2017-ci il oktyabrın 15-də 381 sm), Şirvanda 179 sm (2017-ci il oktyabrın 15-də 273 sm), Salyanda 137 sm (2017-ci il oktyabrın 15-də 210 sm), Bankədə 167 sm (2017-ci il oktyabrın 15-də 197 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 sm (2017-ci il oktyabrın 15-də 108 sm) təşkil edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...