Sürüşmə ərazisində dəyişiklik qeydə alınmayıb ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Badamdar 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində saat 09:00-a olan vəziyyət barədə məlumat açıqlayıb. SİA-nın məlumatına görə, Nazirlik tərəfindən yaradılan Qərargahdan verilən son məlumata görə, sürüşmə zonasında müşahidələr sutka ərzində davam etdirilib. Son 12 saatda sürüşmə kütləsi üzərində vizual müşahidə edilə bilən dəyişikliklər qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə