Gəncə hadisələrinin iştirakçılarından daha biri tutuldu - Moskvada

Azərbaycanın sorğusu əsasında axtarışda olan şəxs oktyabrın 11-də Moskvada saxlanılıb. SİA xəbər verir ki, adı hələlik açıqlanmayan şəxs barədə məlumatı Rusiya KİV-i yayıb.

Bildirilir ki, onun 34 yaşı var. Terrorizm, hakimiyyətin zorla ələ keçirilməsi, dövlət əleyhinə çağırılşlar və dövlət xadiminin həyatına qəsd ittihamı ilə bu ilin iyulundan axtarışda olub. Həmin şəxs Moskvanın arxitektor Vlasov küçəsində saxlanılıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, sözügedən şəxs Gəncə hadisələri ilə əlaqədar saxlanılır.

Rusiya və Azərbaycanın müvafiq orqanları saxlanılan şəxsin ekstradisiyası məsələsini həll edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə