Sürüşmə baş verən əraziyə elektrik enerjisinin verilişi dayandırıldı Azərişıq

Bu gün günorta saatlarında Bakının Səbail rayonunun Badamdar qəsəbəsinin sürüşmə olan ərazisinə elektrik enerjisinin verilişi dayandırılıb. SİA-nın məlumatına görə, bu barədə açıqlamasında "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

T.Mustafayevin sözlərinə görə, təmsil etdiyi qurumun əməkdaşları hazırda hadisə yerində araşdırma aparır: "Bəzi təhlükəli yerlərə artıq elektrik enerjisinin verilişi dayandırılıb. Digər ərazilərdə də təhlükə olarsa, elektrik enerjisinin verilişi dayandırılacaq".

Xatırladaq ki, bu gün günorta saatlarında Bakının Badamdar qəsəbəsindən 20-ci sahəyə gedən yolun kənarındakı yamacda sürüşmə aktivləşib. Hadisə nəticəsində həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evinin sahibinə evləri müvəqqəti boşaltmaq tapşırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...