Türkiyə səfirliyinin rəsmisi Tərcümə Mərkəzində olub

Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və turizm müşaviri İrfan Çiftçi Tərcümə Mərkəzində olub. Mərkəzdən SİA-ya verilən məlumata görə, görüş zamanı Türkiyə ədəbiyyatının Azərbaycanda təbliği istiqamətində nəzərdə tutulan tanıtım və nəşr layihələri, eləcə də hər iki ölkənin ədəbiyyatlararası mübadilələrinin inkişafına dair digər məsələlər müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə